Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa son 25 ildə qazanılanları məhv etməməyə çağırıb.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, Lukaşenko ölkəsinin digər ölkələr kimi yalanlar barajının altında qaldığını və buna dözmək lazım gəldiyini bildirib.
"Xalq dilində desəm, ömür çox qısadır, faydasız hərəkətlərə vaxt itirməmək üçün əlimizdən gələni edək", deyə Lukaşenko söyləyib.
"Özümüzü müdrik, istedadlı adlandırırıq, buna görə də müdrik və istedadlı olaq. Bu yolda ləyaqətlə getməli və ölkəmizi gələcək nəsillər üçün qorumalıyıq".
Prezidentin sözlərinə görə, belarus xalqı ehtiyac duyduğu hər şeyə sahibdir.
"Nə yoxdursa qazanacağıq. Bacarıqlıyıq və bunu mütləq edəcəyik".