Estonya Baş naziri Yuri Ratas, Porto Franko əmlak mülkiyyətçisinə dövlət krediti verilməsi ilə əlaqədar bir korrupsiya qalmaqalı səbəbiylə istefa edib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı jurnalistlərə və Facebook səhifəsində çərşənbə günü verib.
"Siyasətdə çətin vəziyyətləri həll etmək üçün çətin seçimlər edilməlidir. İndiki vəziyyətdə dəyərlərimə əsaslanaraq, Estoniya Respublikasının baş naziri vəzifəsindən istefa etmək qərarı verdim. Bu qərar Mərkəz Partiyası idarə heyəti və fraksiyasının yanında ən yaxın həmkarları ilə məsləhətləşmələrdən sonra verildi. Fərqli həll yolları mümkün kimi göründü, ancaq bunlardan yalnız biri doğru olan idi", deyə Ratas söyləyib.