Eurasia Diary-nin verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ Xarici İşlər naziri Mayk Pompeoya cavab verib.
O, açıqlamasında bildirib ki, İran İslam Respublikası illərdir ABŞ-ın dövlət terroruna məruz qalır.
"Bu gün ABŞ bizi "Əl-Qaidə" terrorçu qruplaşmasına yardım etməkdə ittiham edir. Onu bildirim ki, bizim "Əl-Qaidə" və İŞİD-ə qarşı mübarizəmiz həmişə göz önündə olub. Terrorçuları dəstəkləyənlər öz etdiklərini bizim üzərimizə atmağa çalışırlar", - deyə Səid Xətibzadə diqqətə çatdırıb.
O qeyd edib ki, ABŞ-ın terrorçu qruplaşmalara yardım etməsi dəfələrlə sübut olunub.(Eastnews.org)