İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar

Dünya A- A A+

İsveç kralı və kraliçası COVID-19-a qarşı peyvənd olunublar.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsveç Krallığının Mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Kral cütlüyü – Kral Karl XVI Qustav və Kraliça Silviya hazırda yaşadıqları Stenhammar qalasında ilk dozalarını alıblar.

“COVID-19-a qarşı böyük vaksinasiya indi bütün ölkəmizdə həyata keçirilir. Ümid edirəm ki, yaxın aylarda peyvənd etmək imkanı olan hər kəs bunu etmək qərarına gələcək ki, birlikdə və mümkün qədər tez vaxta biz bu çətin vəziyyətin öhdəsindən gələ biləcəyik”, - deyə kral Karl XVI Qustav mətbuat üçün məlumatda bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...