Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 351 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.
Eurasia Diary Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 164 586 yoluxma qeydə alınıb.
Ermənistanda indiyədək COVID-19-dan 2992 nəfər ölüb.
Hal-hazırda 8 093 nəfər pasiyent koronavirusdan müalicə alır.