Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanılıb | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Aleksey Navalnı Moskvaya qayıdan kimi saxlanılıb

Dünya A- A A+

Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib.

Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq.

 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...