Bu gün Ukraynada UKRAINE.UA rəsmi saytı fəaliyyətə başlayıb. Bu müasir rəqəmsal platforma sayəsində xaricilər Ukrayna haqqında yaradıcı və ilhamverici hekayəni öyrənəcək. Burada hər kəs ölkə haqqında ilk təəssüratı hiss edəcək və buraya oxumağa, sərmayə qoymağa və yaxud da səyahət etmək barədə qərar qəbul edəcək.
Ukrayna unikal tarixə, zəngin mədəniyyətə və müxtəlif landşafta malikdir. Bu yaradıcı, dinamik və innovativ ölkədir. Bu ölkə azadlıq və şərəf ölkəsidir. Bu ölkədə minillik tarix və mədəniyyət gələcəyə dair ambisiyalı baxışla tamamlanır.
UKRAINE.UA saytını ziyarət edən şəxslər rahat dildə yazılmış və məzəli mətnlərlə qarşılaşacaq, eləcə də Ukraynanın müxtəlif təbiətini, qədim qəsrlərini, dağlarını, rəngarəng şəhərlərini və daha nələri nümayiş etdirəcək bir çox gözəl və keyfiyyətli şəkilləri görəcək. Bütün dünya üzrə milyonlarla insan Ukrayna ilə tanış ola və ilk baxışdan aşiq ola biləcək.
Ukraynanı özü üçün kəşf edəcək ilk şəxs siz olun! COVID-19 pandemiyası bir gün bitəcək. Bu baş verən kimi, dərhal Ukraynanı ziyarət etmək və onun verə biləcəyi hər şeydən həzz almaq lazımdır. İndi isə siz bunu UKRAINE.UA portalında onlayn şəkildə edə bilərsiniz.