Mərkəzi Afrika Respublikasında BMT-nin 2 sülhməramlısı öldürülüb | Eurasia Diary - ednews.net

7 Mart,


Mərkəzi Afrika Respublikasında BMT-nin 2 sülhməramlısı öldürülüb

Dünya A- A A+

Mərkəzi Afrika Respublikasının (MAR) cənubunda silahlı qruplaşmanın hücumu nəticəsində BMT-nin sabitliyi təmin etmək üçün xidmət aparan missiyasının 2 sülhməramlısı öldürülüb.

Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Banqasudan (Mbomu prefekturası) 17 km aralıda baş verib.  

Missiyanın rəhbəri Manker Ndiaye silahlıların hücumunu qınayıb.  

Qeyd edək ki, ölənlərdən biri qabonlu, digəri isə mərakeşlidir. 

O, BMT missiyasının təcavüzkarların şəxsiyyətini müəyyənləşdirmək və ədalət mühakiməsinə cəlb etmək üçün MAR rəhbərliyi ilə səyləri birləşdirəcəklərini vurğulayıb.

Xatırladaq ki, ötən həftə də MAR-da 2 BMT sülhməramlısı öldürülmüşdü.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...