ABŞ-ın ən yaşlı prezidenti - VİDEO | Eurasia Diary - ednews.net

2 Mart, Çərşənbə axşamı


ABŞ-ın ən yaşlı prezidenti - VİDEO

Dünya A- A A+

Birləşmiş Ştatların 46-cı prezidenti Cozef Baydenin 78 yaşı var və o ən yaşlı dövlət başçısı kimi Amerika tarixinə düşdü. Demokratlar Partiyasını təmsil edən və 35 ildən çox Delaver ştatından senator seçilən Bayden, Obama administrasiyasında vitse-prezident vəzifəsini icra edib. O, ölkənin xarici siyasətində ən nüfuzlu şəxslərdən biri olub və dəfələrlə ABŞ Konqresinin Yuxarı Palatasında xarici işlər komitəsinə sədrlik edib.

Co Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində irland əsilli ailədə dünyaya gəlib. 10 yaşı olanda ailəsi Delaver ştatının Kleymont şəhərinə köçüb. 1961-ci ildə katolik hazırlıq məktəbini bitirib. Ali təhsilini Delaver Universitetinin tarixi və siyasi elmlər fakültəsində alıb. 1965-1968-ci illərdə Nyu-Yorkda hüquq kollecində oxuyub, hüquq doktoru elmi dərəcəsi var.

Baydenin şəxsi həyatı karyerası kimi uğurlu olmayıb. 1972-ci ildə Demokratlar partiyasından senator seçilsə də, həmin il həyat yoldaşı və qızını avtomobil qəzasında itirib.

1977-ci ildə ikinci dəfə ailə quran Baydenin birinci izdivacdan iki oğlu, ikinci evliliyindən bir qızı var. O, hazırda beş nəvə babasıdır.

1978-ci ildə 2002-ci ilədək ardarda Senata seçilən Bayden, 2001-2003-cü illərdə Senatın "Xarici siyasət komitəsi"nə başçılıq edib.

2008-ci il prezident seçkisinə qatılsa da Ayova ştatında praymerizdə sonuncu yeri tutduğundan geri çəkilib. Daha sonra Barak Obamadan vitse-prezidentlik təklifi alıb və bu təkliflə razılaşıb. Onların qoşa namizədliyi rəsmiləşib və birgə səs çoxluğu qazanaraq vitse-prezident seçilib.

1977-ci ildə ikinci dəfə ailə quran Baydenin birinci izdivacdan iki oğlu, ikinci evliliyindən bir qızı var. O, beş nəvə babasıdır.

Realtv.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...