ABŞ-ın yeni Prezidentinə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


ABŞ-ın yeni Prezidentinə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb

Dünya A- A A+

ABŞ-ın Nümayəndələr Palatasında Prezident Co Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb.

Eurasia Diary-nin “Independent”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Corciya ştatının 14-cü konqres bölgəsi üzrə nümayəndəsi Marjorie Taylor Qrin Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasının ertəsi günü ona bir neçə maddə üzrə impiçment tələbi irəli sürüb.

Konqres üzvü qeyd edib ki, Co Bayden prezidentlik ofisinə uyğun deyil. O, Co Baydeni vitse-prezident olduğu müddətdə səlahiyyətindən sui-istifadə etməkdə və qohumbazlıqda günahlandırıb. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...