ABŞ Senatı Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


ABŞ Senatı Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib

Dünya A- A A+

ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

Eurasia Diary-nin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib.

Onun bir gün əvvəl namizədliyini Senatın profil komitəsi dəstəkləyib.

Qeyd edək ki, 7 ildən az müddətə mülki müdafiə naziri vəzifəsinə namizədlər Konqres tərəfindən təsdiq edilməlidirlər.

Ostin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib.

2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub.

2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib.

2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı “Raytheon”un İdarə Heyətində vəzifə alıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...