Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi ölüb | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi ölüb

Dünya A- A A+

Ermənistanda Rusiyaya məxsus hərbi bazanın hərbiçisi yol qəzasında həlak olub.

Eurasia Diary-nin "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, qəza barədə məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

"Yanvarın 23-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinə Gümrüdəki Bulvarain küçəsində bir avtomobilin yanması barədə siqnal daxil olub. Hadisə yerinə gələn xilasedicilər 25 yaşlı kişiyə məxsus "Opel Astra" markalı avtomobilin yük maşınına çırpıldığını müəyyən ediblər. Hadisə nəticəsində avtomobildə meydana gələn yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıblar", - məlumatda deyilir.

Ermənistan mətbuatı ölən şəxsin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi Leonid Xomyakov olduğunu bildirib.

 

 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...