Gürcüstanda son sutkada 546 nəfər koronavirus infeksiyasına yoluxub və 1 456 nəfər sağalıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son sutkada ölənlərin sayı isə 17-yə çatmaqla ümumi ölüm sayı 3 055 olub.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı təsdiqlənib.