ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb | Eurasia Diary - ednews.net

7 Mart,


ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya A- A A+

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısının müavini Sergey Ryabkov ABŞ səfirinə Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumatla bağlı etirazını bəyan edib.

Rəsmi Moskva yanvarın 23-də Rusiyada baş vermiş iğtişaşlarla bağlı ABŞ səfirliyinin dərc etdiyi məlumatı ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...