Rusiyanın Novosibirsk şəhərinin mərkəzində təxminən 500 nəfər icazəsiz mitinq üçün toplanıb.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə "Vesti Novosibirsk" məlumat verir.
Bununla yanaşı, bu gün şəhərdə spirt satışının müvəqqəti qadağan edildiyi və ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı qeyd olunur.
Bundan əvvəl Xabarovsk şəhərində icazəsiz aksiya olub.
Rusiya Daxili İşlər Nazirliyi ölkə sakinlərini 31 yanvar tarixində icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.