Myanmada ordu qüvvələri hərbi çevriliş etdi.
Eurasia Diary "Reuters" xəbər agentliyinə istinadən bildirir ki, Silahlı Qüvvələr demokratik yolla seçilmiş Nobel laureatı Aun San Su Çjinin rəhbərlik etdiyi hökumət üzvlərini saxlayıb.
Ordu seçkilərdə saxtaakrlığın olduğunu əsas gətirərək bu addımı atdığını söyləyib. Hal-hazırda ölkədə hakimiyyət Silahlı Qüvvələrinin baş komandanı Min Aun Hlainə həvalə olunub.
Myanmarın dövlət müşaviri Aun San Su Çji, faktiki olaraq hökumət başçısı, həmçinin ölkə prezidenti Vin Myin naməlum şəxslər tərəfindən saxlanılıb.
Bu barədə hakim partiyanın nümayəndəsi Mio Nyunt xəbər verib.
O, xalqı tələsik reaksiyalar verməməyə çağırıb.