Yeni növ koronavirusun yayılması ilə bağlı elan edilən pandemiya 4 günlük iş həftəsi ilə bağlı ideyaya stimul verdi.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dimitri Medvedyev rus mediyasına müsahibəsi zamanı söyləyib.
Onun sözlərinə görə, pandemiya bu ideyaya yeni rəng gətirib. O, artıq bu dövrdə işçilərin evdən iş və iş qrafiklərində dəyişikliklərin olması ilə bağlı proseslərə də nəzər yetirib.
O, hesab edir ki, bu iş qrafiki məhsuldarlığın azalmasına səbəb olmayacağını düşünür.
"Əgər bu mümkündürsə, o zaman daha geniş istifadə oluna bilər", Medvedyev deyib.