Türkiyənin İzmir şəhərində ard-arda zəlzələlər baş verir.
Ednews Diary-nin Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 08:46-da 5.1 bal gücündə zəlzələ baş verib.
Üstündən təxminən 2 saat keçəndən sonra - 11:35-də 5.1 bal gücündə daha bir güclü təkan qeydə alınıb.
Dağıntı və itki barədə məlumat yoxdur.