Klinik sınaqların üçüncü mərhələsinin nəticələrinə görə Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi təhlükəsiz və təsirlidir.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat paylaşıb.
Məlumata görə, “The Lancet” elmi jurnalında dərc olunub.
“Sputnik V” peyvəndinin effektivliyi 91,6 faizdir.
Sınaqlar zamanı peyvənd vurulan 19 866 könüllünün 78-i infeksiyaya yoluxub. 60 yaşdan yuxarı könüllülər arasında peyvənd 91,8 faiz effektiv olub.
Bildirilib ki, peyvənd ağır xəstəlik hallarına qarşı tam qorunmanı təmin edir və yeniləri də daxil olmaqla koronavirusun bilinən bütün variantlarına qarşı eyni dərəcədə təsirlidir.