Ermənilər faşist Njdeni qəhramanlaşdırır ABŞ-da yeni film

Dünya 10:36 03.02.2021

Erməni əsilli faşist Qaregin Njde və Ermənistanda faşizmin qəhrəmanlaşdırılması haqda Los-Ancelesdə film hazırlanıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşiszmin qəhrəmanlaşdırılması siyasəti haqda Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ingilis dilində qısa film hazırlanıb.

Filmdə, bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” qəzeti tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudilərin öldürülməsində iştirak etmiş və ya buna kömək etmiş şəxslərə qoyulan abidələr ilə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur. Bildirilir ki, məhz “Forward” qəzetinin araşdırmasına görə həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır və onların hamısı Qaregin Njdeyə həsr olunub.

Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən olduğu və bu gün Ermənistanda Qaregin Njdeyə həsr olunmuş memorial abidələrin, heykəllərin, küçələrin, kənd və meydanların mövcudluğu diqqətə çatdırılır. Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın Erməni Legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur. Həmin Erməni Legionunun Krım, Polşa, Fransa və Qafqazda Almaniya üçün döyüşdüyü və həmin ərazilərdən faşistlərin yəhudiləri toplayaraq ölüm düşərgələrinə göndərdiyi bildirilir.

Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə Yerevan şəhərində prezident S.Sarkisyan və digər Ermənistan rəsmilərinin iştirakı ilə heykəl ucaldıldığı diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, Yerevanda Njdenin adını daşıyan meydan və metro stransiyası mövcuddur və dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir. Anti-Difamasiya Liqasının sorğusuna istinad edilərək, Ermənistanın antisemitizm səviyyəsinə görə Avropada ikinci yer tutduğu filmdə qeyd olunur. Qaregin Njdenin radikal Erməni İnqilabçı Federasiyasının (Daşnaktsutyun) rəhbərlərindən olduğu və 1933-cü ildə ABŞ-ın Boston şəhərində irqçi daşnak hərəkatı olan Tseğakronizm hərəkatını təsis etdiyi bildirilərək, bu hərəkatın nasistlərin ari irqinin üstünlüyü nəzəriyyələrini əks etdirdiyi vurğulanır. Qeyd olunur ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar bu gün də ABŞ-da fəaldırlar. Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı ABŞ Konqresində hazırda əsas erməni lobbi təşkilatıdır.


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI

Xəbər xətti

Stoltenberq təsdiqlədi: NATO-nun iclasında Zelenski də olacaq
05:50 18.04.2024
Qərbin təzyiqlərinə baxmayaraq, bundan imtina etməyəcəyik
03:49 18.04.2024
Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov
01:48 18.04.2024
Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
00:06 18.04.2024
Salyan sakinləri balıqların qoxusundan ŞİKAYƏTLƏNİRLƏR
23:44 17.04.2024
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
23:23 17.04.2024
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
23:00 17.04.2024
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
22:39 17.04.2024
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
22:22 17.04.2024
Bolqarıstanın cənubunda yeni quş qripi virusu aşkarlanıb
22:00 17.04.2024
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
21:40 17.04.2024
784-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:21 17.04.2024
Əli Kərimin xatirəsinə həsr olunan tədbir keçiriləcək
20:47 17.04.2024
İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı
20:30 17.04.2024
Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel
20:05 17.04.2024
Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
19:50 17.04.2024
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
19:28 17.04.2024
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
19:18 17.04.2024
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:15 17.04.2024
Bayramov Sarıbayla görüşdü
19:00 17.04.2024
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb
18:50 17.04.2024
Azərbaycan Tatarıstanla iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edib - YENİLƏNİB
18:44 17.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr III günündə davam edir - CANLI
18:40 17.04.2024
Hakan Fidan HƏMAS sədri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
18:39 17.04.2024
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
18:33 17.04.2024
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:20 17.04.2024
Brüssel sammitində Ursula Fon der Leyenə "cinayətkar" dedilər
18:11 17.04.2024
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı
18:00 17.04.2024
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qaldı
17:50 17.04.2024
Əfv Komissiyasının iclası keçirildi
17:40 17.04.2024
Dövlət ali təşkilatdır ailə isə... - Deputat Tahir Kərimli ilə MÜZAKİRƏ - VİDEO
17:38 17.04.2024
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR
17:30 17.04.2024
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
17:20 17.04.2024
Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:08 17.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
17:05 17.04.2024
Azərbaycanda daha bir sabiq deputat vəfat etdi – FOTO
17:00 17.04.2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı
16:52 17.04.2024
Fransalı politoloq Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın iddialarından DANIŞDI – ÖZƏL
16:29 17.04.2024
13 yaşlı qızla münasibətdə olan şəxsə HÖKM OXUNDU
16:22 17.04.2024
Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı
16:08 17.04.2024
Hamısı