Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Rusiya səfiri Sergey Kopirkin ilə görüş keçirib.
Eurasia Dairy erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə həyata keçirilib.
Bu barədə Ermənistan Respublikaçılar Partiyasının vitse-rəhbəri Armen Aşotyan feysbuk səhfəsində məlumat paylaşıb.
"Qarabağ müharibəsindən sonrakı müddətdə bir sıra geniş məsələlər müzakirə olunub".
Hazırkı vəziyyət Azərbaycanda saxlanılan erməni əsirlər və həlak olmuş hərbi qulluqçuların cəsədləri müzakirə mövzusu olub.
Səfirin istəyi ilə Sarkisyan daxili siyasi vəziyyətə, eləcə də yeni regional geosiyasi reallıqlarla əlaqəli məsələlərə toxunub. Kopirkin öz növbəsində Rusiyanın mövqeyini və səylərini izah edib.