Türkiyənin “Baykar Savunma” şirkəti “Akıncı” zərbə tipli Pilotsuz Uçuş Aparatlarının (PUA) kütləvi istehsal fəaliyyətlərinə başlayır.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmisi Selçuk Bayraktar məlumat verib.
Türkiyənin Müdafiə Sənayesi İdarəsinin bundan əvvəl verdiyi açıqlamada qeyd olunur ki, “Akıncı” PUA-larının 2021-ci ildə Türkiyə ordusuna tədarükü başlayacaq.
“Bayraktar TB2” PUA-larının istehsalından əldə edilən təcrübə ilə inkişaf etdirilən “Akıncı” inkişaf etmiş texniki imkanları sayəsində döyüş təyyarələri tərəfindən yerinə yetirilən bəzi vəzifələri yerinə yetirə biləcək.
40.000 fut yüksəklikdə 24 saat havada qala və 1 350 kiloqram yük daşıya biləcək.