Tbilisi şəhərinin ən böyük ərzaq bazarında yanğın hadisəsi baş verib.
Eurasia Dairy xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat paylaşıb.
Məlumata görə, yanğın "Lilo" ərzaq bazarının administrativ binasında baş verib.
Fövqəladə Hallar İdarəsi Xidməti bəyanat yayıb ki, hadisə yerinə doqquz yanğınsöndürən-xilasedici qrupun göndərilib və alovun söndürülməsi işləri aparılır.