Səmalar keçilməz olacaq Türkiyə yeni dronu təqdim edir

Dünya 14:24 08.02.2021

Ukrayna Silahlı Qüvvələri yaxın perspektivdə Türkiyənin “Baykar Makina” şirkətinin seriya istehsalına bu ilin əvvəllərində başladığı “Akıncı” döyüş pilotsuz təyyarələri ilə silahlanacaq. Gözlənilir ki, Türkiyə ordusu ilə yanaşı “Akıncı” tezliklə Ukrayna və ola bilsin Azərbaycana çatdırılacaq.

Eurasia Diary xəbər verir ki, bu haqda “Nezavisimaya qazeta” yazır. Ukraynanın maliyyə naziri Sergey Marçenko bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və “Baykar Makina” şirkətinin rəhbərliyinə “Bayraktar” döyüş pilotsuz təyyarələrinə görə minnətdarlıq edib. Nazir bu pilotsuz sistemlərin ölkə üçün kritik dövrdə Ukrayna ordusunu gücləndirdiyini bildirib.

Marçenko deyib ki, növbəti addım “Baykar Makina” şirkəti ilə “Akıncı” döyüş pilotsuz təyyarələrinin birgə istehsalı olacaq, bu təyyarələr Ukraynanın “İvçenko-Proqress” şirkətinin istehsalı olan mühərriklərlə təchiz ediləcək. “Hazırda bu layihə çərçivəsində istehsalın Türkiyədə və Ukraynada lokallaşdırılması planı işlənib hazırlanır. Bilirəm ki, bütün məsələlər tam həllini tapmayıb, amma əminəm ki, tərəflər hamı üçün məqbul həll yolu tapacaqlar”,- maliyyə naziri bildirib.

“Baykar Makina” şirkətinin baş direktoru Lütfi Haluk Bayraktar ötən ay yanvarın sonlarında Ukraynaya səfər edib və bu ölkə ordusunun komandanları ilə görüşüb. Bildirib ki, pilotsuz uçan komplekslərin işlənib hazırlanması sferasında Ukraynaya dəstək olaraq ən yeni texnologiyalar verilir. “Ukraynalı partnyorlarımızla öz təcrübəmizi bölüşəcəyik ki, qarşıya qoyulan hədəflərə birlikdə çataq”,-o deyib.

Ukraynanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirməsi, xüsusən də “Bayraktar”larla və onun ardınca “Akıncı” PUA-ları ilə silahlanması belə ehtimallar yaradıb ki, Kiyev Donbas üzərində nəzarətini bərpa etmək üçün separatçılara qarşı hərbi əməliyyatlar aparacaq. Və bu zaman Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu effektiv döyüş təcrübəsindən istifadə edəcək.

Xüsusən də “Akıncı” pilotsuz döyüş təyyarələrinin əldə edilməsi Ukrayna ordusunun döyüş qabiliyyətini xeyli artırmış olardı. Əgər “Bayraktar TB2” “Roketsan” şirkətinin istehsalı olan 4 ədəd MAM-C və MAM-L “ağıllı” raketləri daşıya bilirsə (cəmi 150 kiloqram faydalı yük) “Akıncı”nın imkanları daha genişdir. Bu pilotsuz döyüş təyyarələri Aİ-450T turbovintli mühərrikləri ilə təchiz olunub və ümumi ağırlığı 1350 kiloqrama qədər olan silahlar daşıya bilir. Bura 8 ədəd MAM-C və MAM-L raketləri, “hava-hava” tipli “Gökdoğan” raketləri və kiçikhəcmli “Alpagu” kamikadze-dronları daxildir. Nəticədə “Akıncı” həm yerüstü hədəfləri təsbit edərək onlara dəqiq raket zərbələri endirə bilir, həm hava hədəflərini, məsələn, qırıcıları öz radarı ilə aşkarlayaraq onlarla mübarizə aparır, həm 10 “Alpagu” kamikadze-dronlarından ibarət sürünü buraxır.

“Akıncı”nın üstünlüklərindən biri də avtonom süni intellektə, radioelektron mübarizə və radiolokasiya sistemlərinə malik olmasıdır. Bu sistemlərin sayəsində PUA hədəfləri müstəqil şəkildə təsbit edə, onları məhv edib bazaya avtonom şəkildə geri dönə bilər. “Akıncı” hətta yerüstü idarəetmə sistemləri olmayan aerodroma da geri dönüb eniş həyata keçirir. “Akıncı”nın sınaqları 2019-cu ilin dekabrında başlayıb və ötən il bütün sınaqları tamamlayıb. Sınaq uçuşları zamanı PUA 12 kilometr yüksəkliyə qalxıb. “Nezavimsimaya qazeta”nın şərhçisi Vladimir Muxin qeyd edir ki, bununla da türkiyəli mütəxəssislər Ukraynanın köməyi ilə ağır döyüş pilotsuz təyyarələrini cəmi iki il ərzində yarada bilib. Müqayisə üçün qeyd olunur ki, Rusiyada bu cür pilotsuz təyyarələrin işlənib hazırlanması prosesi artıq 10 ildən çoxdur davam edir və buna baxmayaraq seriya istehsala başlamaq hələ də mümkün olmayıb.

“Hərbi ekspertlər bunu deməyi sevirlər ki, pilotsuz təyyarələri adi qırıcılar asanlıqla vura bilər. Amma buna göz yumurlar ki, qırıcıların özlərini də vurmaq olur. Budur, məsələn, Türkiyənin yeni döyüş pilotsuz təyyarələri belə imkana malikdir, onun göyərtəsində “hava-hava” raketi yerləşdirilib”,- “Russkiy oriyentalist” Telegram-kanalının müəllifi İqor Dmitriyev deyir.

“Əgər sənin babadan qalma radioelektron mübarizə qurğuların varsa və onları modernləşdirib televizorda göstərmisənsə bu istirahət üçün əsas vermir. Silah sistemləri sürətlə inkişaf edir. Dünən effektiv hesab edilən bu gün metalloma çevrilir”,- o əlavə edir.

V.Muxin vurğulayır ki, Qarabağdakı müharibənin gedişi və nəticələri bu qənaətin doğruluğunu növbəti dəfə təsdiq edib.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı