"Müxalif Çiçəklənən Ermənistan Partiyası və parlamentin eyniadlı fraksiyası yanaşmalarını dəyişməyib: Baş nazir Nikol Paşinyan və iqtidardakı komandası getməlidir, çünki keçmişdə, indi və gələcəkdə də ölkənin qarşısında duran problemləri həll etmək iqtidarında deyillər".
Eurasia Diary xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin deputatı, "Çiçəklənən Ermənistan" fraksiyasının katibi Arman Abovyan söyləyib.
Arman Abovyan müxalifətin erkən seçkilər üçün ictimai müraciət hazırlaya bilməməsinə dair açıqlamaya cavab verib. O, hakim blokun nümayəndələrinin Facebook məkanını tərk etməyə çağırdı. Çünki sanki elə bir təəssürat yaranır ki, hakim blokun nümayəndələri ya reallıqdan təmamilə qopub ya da özləri üçün bir növ paralel reallıq yaradıblar və bu xəyali Ermənistanda yaşayırlar. Millət vəkili mövcud hökumətin getməsinin gündəmdə olduğunu qeyd edib.
"Səlahiyyətlilər bunu anlamalıdırlar və anlamadıqları təqdirdə bu, onların problemləridir, amma əslində hakim blokun qəbul etdiyi qərarlar artıq mövcud proseslərdə heç bir rol oynamır. Onların davranışları açıq şəkildə daxili siyasi vəziyyətin kəskinləşməsinə səbəb olur", millət vəkili deyib.