“İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır, ancaq Tehran ölkə küncə sıxışdırılacağı halda nüvə silahı əldə edə bilər”.
“RİA Novosti”nin məlumatına görə, bu sözləri İranın Kəşfiyyat naziri Mahmud Ələvi deyib.
O vurğulayıb ki, nüvə proqramından silah yaradılması üçün istifadə islam normalarına ziddir.
“Ancaq sizə deyim ki, əgər pişiyi küncə sıxışdırsanız, o zaman özünü azadlıqda olduğu kimi aparmaya bilər. Əgər İranı bu istiqamətdə sürükləsələr, bu bizim günahımız olmayacaq. Adi şəraitdə İranın belə bir planı yoxdur”, - deyə nazir bildirib.