Paşinyan tərəfdarlarını ayağa qaldırdı - Məqam həmin məqamdı! - VİDEO | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Paşinyan tərəfdarlarını ayağa qaldırdı - Məqam həmin məqamdı! - VİDEO

Dünya A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxt İrəvanda yürüş keçirir.

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, yürüşdə N. Paşinyan da iştirak edir.  

N. Paşinyan səsgücləndirici ilə çıxış edərək tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırır.

O bildirib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...