Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisidə yerləşən Moskva küçəsinin adı dəyişdirilib.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bundan sonra küçə “Şindisi qəhrəmanları” adlanacaq.
Kutaisi Şəhər Şurasının qərarına əsasən, bu gün küçədə ilk ünvan lövhəsi quraşdırılıb.
Şindisi Gürcüstanın Qori rayonunda yerləşən kənddir. 2008-ci ilin avqust müharibəsində kənddə gedən ağır döyüşlər zamanı 17 gürcü hərbçi şəhid olub.
Qeyd edək ki, 2017-ci ildən ictimai fəallar və müxalifətçilər Tbilisidə Moskva prospektinin adının dəyişdirilməsini tələb edirlər. Bununla bağlı hətta imzatoplama kampaniyası da aparılıb. Lakin bu günə qədər prospektin adı dəyişməz olaraq qalır.