“İndi aydındır niyə Əliyev “Nə oldu, Paşinyan?” deyərək lağ edir?”
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistanın keçmiş Müdafiə nazirinin müavini Artak Zakaryan yazıb.
“Kapitulyantın “Facebook” (rəsmi) səhifəsini vərəqləyərək (2-ci hissə). 2020-ci il 1 noyabr, müharibənin 35-ci günü. Qoşunlarımız qanlı və qarışıq döyüşlərlə Cəbrayıl, Füzuli və Hadrut rayonlarından tamamilə, Qubadlı rayonunun böyük hissəsindən, Xocavənd, Ağdərə və Əsgəran rayonlarının bəzi kəndlərindən geri çəkilmişdilər. Rəqib özünə inamlı və demək olar maneəsiz şəkildə qoşunlarımızın arxasında Daşaltı-Şuşaya doğru addımlayaraq dərinləşirdi. Cəbhədə xaos, idarəolunmaz və anlaşılmaz xaos var idi. Həmin bu vaxt kapitulyant öz “Facebook” səhifəsində yazır: “Azərbaycan hakimiyyəti öz ictimaiyyətini o qədər qələbə informasiyası ilə qidalandırıbsa, onlar hər gün artıq uzun müddətdir gözləyirlər ki, vəssalam, müharibə onların yekun qələbəsi ilə başa çatacaq. Və onlar bu xəbəri gözləyirlər. Mən demək istəyirəm ki, onlar bu xəbəri almayacaqlar, bu xəbəri almayacaqlar”, - deyə Zakaryan qeyd edib.