Türkiyə polisi dünyada ilkə imza atdı - “ATAK” hücum vertolyotları ilə silahlanır - VİDEO | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Türkiyə polisi dünyada ilkə imza atdı - “ATAK” hücum vertolyotları ilə silahlanır - VİDEO

Dünya A- A A+

Bu gün Türkiyənin Polis Təşkilatı milli hərbi sənayenin istehsalı olan “ATAK” hücum vertolyotlarını öz silahlanmasına daxil edib.

Vertolyotları istehsal edən TÜSAŞ şirkətinin zavodunda polis təşkilatına onların təhvil verilməsi mərasimi keçirilib. Vertolyotlar 23 millimetrlik avtomatik top, pulemyot və “hava-yer” raketləri ilə təchiz olunub. Dünyada ilk dəfədir ki, polis qüvvələri bu cür hücum-döyüş vertolyotları ilə silahlanır. Bundan əvvəl vertolyotlar Türkiyə ordusunun silahlanmasına daxil edilmişdi.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən “ATAK” vertolyotları almağa maraq göstərir. Bəzi məlumatlara görə, artıq müvafiq müqavilələr də bağlanıb.

İndiyədək Türkiyənin Quru Qoşunlarına 50 ədəd, Jandarma Qüvvələrinə isə 6 ədəd “ATAK” T-129 vertolyotları təhvil verilib. Polis Təşkilatı isə 9 belə vertolyot (xüsusi modifikasiya edilmiş) sifariş verib. Ekspertlərə görə, Türkiyə polisinin hücum vertolyotları ilə silahlanması onun terrorla mübarizə imkanlarını xeyli genişləndirəcək.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...