Gözlər Ermənistanda - Paşinyan təslim olmur | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Gözlər Ermənistanda - Paşinyan təslim olmur

Dünya A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması təklifini yenidən prezidentə göndərib.

Eurasia Diary-nin məlumatına görə, bu barədə Paşinyan "Facebook" səhifəsində yazıb:

“Prezident Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı qərarı geri göndərdi. Bu qərar mövcud vəziyyətin həllinə kömək etmir. Bir daha, müəyyən olunmuş prosedura uyğun olaraq, prezidentə imzasını gözləyərək Baş Qərargah rəisinin istefası üçün vəsatət göndərəcəyəm”.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə qərarı Baş nazirə qaytarıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...