Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden hesab edir ki, Suriyadakı iranyönlü qruplara endirilən aviazərbələrlə Vaşinqton İrana «cəzanın qaçılmaz» olduğunu göstərdi. Bu barədə fevralın 26-da prezident jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
«ABŞ İrana hansı siqnalı göndərmək istəyib?» - sualına Bayden belə cavab verib: «Siz cəzasız fəaliyyət göstərə bilməzsiniz. Ehtiyatlı olun».
Xəbər verildiyi kimi, fevralın 26-da gecə ABŞ Suriya-İraq sərhədi rayonuna aviazərbələr endirib. Pentaqonda bəyan ediblər ki, bu, Bağdadda ABŞ səfirliyinin yerləşdiyi «yaşıl zona»nın və Ərbildəki aeroportun minamyot atəşinə tutulmasına cavab olaraq edlib.
Səudiyyə Ərabistanının «Əl Ərəbiyyə» telekanalının xəbərinə görə, ABŞ HHQ təyyarələri Suriyanın şərqində (Əl-Kaim nəzarət-buraxılış məntəqəsinin yanı) raket hücumunun gedişində şiə qruplaşmasının avtomobil dəstəsini vurub. Kanalın məlumatına görə, nəticədə «Haşd aş-Şaabi» İraq şiə qrupunun və «Kataib Hizbulla» briqadasının 22 döyüşçüsü həlak olub. Bu qüvvələr Suriya ordusu tərəfindən «İslam dövləti» qruplaşmasının terrorçularına qarşı döyüşürlər.