Qasparyanla bağlı daha bir istefa bəyanatı - Təhlükəsizlik Şurası da Paşinyana qoşuldu | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Qasparyanla bağlı daha bir istefa bəyanatı - Təhlükəsizlik Şurası da Paşinyana qoşuldu

Dünya A- A A+

Ermənistan Təhlükəsizlik Şurası ordunun siyasi proseslərə cəlb edilməsi cəhdlərini qınayan və Prezidenti Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı sənədi imzalamağa çağıran bəyanat yayıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Konstitusiya Silahlı Qüvvələrin mülki nəzarətdə olduğunu müəyyənləşdirir və onların siyasi proseslərə cəlb olunmasını qadağan edir.

Qanuna görə, hökumət başçısı öz mülahizəsinə əsasən Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması barədə vəsatət qaldırır. Prezident isə öz növbəsində, Konstitusiyaya əməl olunmasına nəzarət edən ən vacib qurum olaraq adekvat yanaşma göstərmək öhdəliyi daşıyır.

“Təhlükəsizlik Şurası yuxarıda göstərilənlərə əsaslanaraq, Prezidenti Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması və müvafiq bir fərman imzalaması ilə bağlı vəsatətini təmin etməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Qafqazinfo.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...