Pandemiya düşüncələri necə dəyişir? “The Guardian”

Dünya 21:03 01.03.2021

Böyük Birtaniyanın “The Guardian” qəzetində pandemiyanın Avropa əhalisinin əhvalına, düşüncəsinə təsiri haqqında məqalə dərc olunub. “Pandemiya avropalıları uydurma fərziyyələrə inanmağa vadar edir” başlıqlı məqalənin müəllifi Con Henlidir. Müəllif məqaləsində CEVİPOF Siyasi Tədqiqatlar Mərkəzinin və “Opinionway” Sosioloji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğulara əsaslanıb. 

Geniş miqyaslı tədqiqatlar nəticəsində əldə olunan məlumatlar göstərir ki, pandemiyanın hökm sürdüyü bu bir il avropalıların əksəriyyətini bezdirib və onların bədbinliyə qapılmasına səbəb olub. İnsanlar mövcud böhranı aradan qaldırmaq üçün hökumətin gördüyü tədbirləri getdikcə daha çox tənqid etməyə və uydurma fərziyyələrə daha çox inanmağa başlayıblar.

Fransanın CEVİPOF Siyasi Tədqiqatlar Mərkəzi Fransa, Almaniya, İtaliya və Böyük Britaniyada 8000-ə yaxın insanın iştirakı ilə sorğu keçirib.

Sorğu göstərib ki, bu dörd ölkənin hər birində, xüsusilə də Fransada koronavirus və peyvənd barədə yayılan uydurma fərziyyələrə inananların sayı artıb.

Fransada respondentlərin 36%-dən çoxu, İtaliya və Almaniyada 32%-i, Böyük Britaniyada 31%-i hesab edir ki, səhiyyə qurumları əczaçılıq şirkətləri ilə əlbir olaraq peyvəndlə bağlı riskləri ört-basdır etməyə çalışır.

Fransada respondentlərin 42%-i, Böyük Britaniyada 41%-i, İtaliyada 40%-i, Almaniyada 39%-i hökumətin vətəndaşlara nəzarət etmək üçün qəsdən belə situasiya yaratdığını düşünür.

Sorğu Avropanın şimal və cənub ölkələrində əhalinin sosial və siyasi etimad göstəricilərində kəskin fərqin olduğunu da üzə çıxarıb.

Araşdırılan dörd ölkənin pandemiya dövründəki təcrübələri bir-birindən fərqlənir.

Ötən ilin yazında virusun tüğyan etdiyi İtaliya ehtiyat tədbirləri həyata keçirməklə getdikcə normal həyata qayıtmağa çalışır.

Pandemiyanın ikinci dalğasının birincidən daha ölümcül olduğu Almaniya və Böyük Britaniya isə hələlik normal həyata qayıtmaqda çətinlik çəkir. Fransa pandemiyanın üçüncü dalğasının ondan yan keçəcəyinə ümid edir.

Avropanın sözügedən dörd ölkəsinin əhalisinin əhvalını bir sözlə belə ifadə edə bilərik: onlar mövcud vəziyyətdən beziblər.

Fransızların 41%-i bezib. Ötən ilin fevralında bu əhvalda olan fransız respondentlərin sayı 28% idi.

Sorğuda ilk dəfə iştirak edən İtaliyada bezənlərin sayı 40%-dir.

Böyük Britaniyada bezənlərin sayı 19%-dən 31%-dək, Almaniyada 7%-dən 15%-dək artıb.

Düşdüyü durumu depressiv hesab edənlərin sayı Fransada 12% artaraq 34%-ə çatıb.

İtaliyada bu göstərici 24% təşkil edib.

Almaniyada durumu depressiv hesab edənlərin sayı iki dəfə çoxalaraq 14%-ə qalxıb.

Böyük Britaniyada bu rəqəm cüzi artaraq 16% olub.

Məsələyə münasibət bildirən CEVİPOF-un analitiki Bruno Kotre pandemiyanın insanları hər yerdə narahat etdiyini deyib: “Fransızlara gəlincə, sorğunun nəticələri onların qaşqabaqlı və həyəcanlı baxışlarını kifayət qədər düzgün əks etdirir. Şübhə dolu fikirlər onları rahat buraxmır”.

Almanlardan hökumətin pandemiya ilə əlaqədar gördüyü tədbirlərin onları qane edib-etmədiyi soruşulub.

Respondentlərin 56%-i bu tədbirlərlə tam və ya qismən razılaşdığını bildirib. Ötən ilin aprelində bu göstərici 74% idi.

Böyük Britaniyada da görülən tədbirlərdən razı qalanların sayı azalıb: 69%-dən 48%-ə düşüb.

Fransada hökumətin gördüyü işlərdən razılıq edənlərin sayı ötən il 39% olduğu halda, bu il 37% təşkil edib.

İtaliyada bu göstərici 52%-dir.

CEVİPOF-un tədqiqatçısı Jil İvaldi belə göstəricilərin həm müvəqqəti, həm struktur faktorlarından qaynaqlandığını deyib.

O bildirib ki, hökumətin pandemiyaya qarşı mübarizədə nə qədər obyektiv tədbirlər görməsindən asılı olmayaraq İtaliyada siyasətə inam hər zaman aşağı səviyyədə olub.

Ancaq inamsızlıq Fransada daha aydın gözə çarpır, bu, insanların fikirlərində özünü daha aşkar büruzə verir.

Bu il yanvarın 20-dən fevralın 11-dək “Opinionway” Sosioloji Araşdırmalar Mərkəzinin keçirdiyi sorğu zamanı fransızların 39%-i, britaniyalıların 30%-i, italyanların 27%-i, almanların isə 24%-i siyasətə etibar etdiklərini bildirib.

Fransada respondentlərin 25%-i, İtaliyada 31%-i, Almaniyada 8%-i, Böyük Britaniyada 11%-i siyasətlə bağlı fikirlərini daha kəskin şəkildə ifadə edib. Onlar siyasətdən iyrəndiklərini vurğulayıblar.

Avropanın bu dörd ölkəsində hökumətə və dövlət orqanlarına fərqli münasibət respondentlərin pandemiya üzündən yaranmış iqtisadi çətinliklərlərlə bağlı narahatlıqlarında da öz əksini tapıb.

Fransa və İtaliyada vəziyyətdən narahatlıq ifadə edənlər çoxluq təşkil edib.

İtaliyada respondentlərin 90%-ə qədəri, Fransada isə 84%-i postpandemiya dövründə ölkədəki iqtisadi durumdan olduqca narahat olduqlarını deyib.

Bu cür düşünənlər Böyük Britaniyada respondentlərin 80%-ni, Almaniyada 72%-ni təşkil edib.

Peyvəndlənmə ilə bağlı sorğuda da fransızların ona şübhə ilə yanaşdığı məlum olub.

Fransada respondentlərin yalnız 49%-i COVİD-19 əleyhinə peyvənd olunacağını, yaxud artıq peyvənləndiyini bildirib.

Bu göstərici Böyük Britaniyada 80%, İtaliyada 76%, Almaniyada 66% təşkil edib.

Bu dörd ölkədə vaksinasiyadan imtinanın əsas səbəbi (58%) peyvəndin yan təsirlərindən qorxudur.

İnsanların 54%-i vaksinlərin kifayət qədər araşdırılmadığını, 25%-i isə onların effektivliyinə şübhə ilə yanaşdığını söyləyib.

Respondentlərin 16%-i peyvəndlərə ümumiyyətlə etibar etmədiyini bəyan edib.

 

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı