Yerevanın mərkəzi "qan çanağı"na dönəcək - Onik Qasparyan həbs edilir? | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Yerevanın mərkəzi "qan çanağı"na dönəcək - Onik Qasparyan həbs edilir?

Dünya A- A A+

Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın istefasını tələb edən Baş qərargah rəisi Onik Qasparyanı həbs etməyə hazırlaşır. Bu haqda “Armlur” portalı məlumat əldə edib. Bildirilir ki, generala qarşı artıq cinayət işi qaldırılıb.

Bundan az əvvəl Onik Qasparyan növbəti bəyanatla çıxış edərək bildirmişdi ki, öz postunu tərk etməyə hazırlaşmır və məsələnin Konstitusiya Məhkəməsində müzakirəsini gözləyir.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sərkisyan Onik Qasparyanın vəzifəsindən azad edilməsinə dair baş nazirin təqdimatını ikinci dəfə təsdiqləməyib və məsələni Konstitusiya Məhkəməsinə yönləndirib.

Bu arada hakimiyyət müxalifətin növbəti mitinqi ərəfəsində Yerevanın mərkəzinə, hökumət binasının qarşısına daxili qoşunların bölmələrini yerləşdirib. Hakimiyyət xəbərdarlıq edir ki, müxalifətin bu günə təyin olunmuş mitinqi zamanı “təxribat” gözlənilir.

 

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...