"Avtoritar rejimləri güc yolu ilə devriməyəcəyik" - ABŞ Dövlət katibi | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


"Avtoritar rejimləri güc yolu ilə devriməyəcəyik" - ABŞ Dövlət katibi

Dünya A- A A+

ABŞ başqa ölkələrdə rejimləri devirməklə və hərbi intervensiya həyata keçirməklə demokratiyanı zorla yeritməkdən əl çəkir.

Bu sözləri dövlət katibi Entoni Blinken Vaşinqtonda xarici siyasət məsələlərinə həsr edilmiş görüşdə çıxış edib. Onun bəyanatından “Financial Times” sitat gətirir.

“Biz demokratiyanı bahalı hərbi intervensiyalar və ya avtoritar rejimləri güc yolu ilə devirməklə yaymayacağıq. Keçmişdə bu taktikadan istifadə etməyə cəhd etdik. Lakin xoş niyyətə baxmayaraq bu işə yaramadı”,-Blinken bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden Donald Trampdan fərqli olaraq ölkəsinin qlobal rolunu yenidən gücləndirməyə yönəlmiş xarici siyasət aparacağını elan edib. Bura dünyada insan haqları və demokratiyanın müdafiəsini gücləndirmək də daxildir. Amma ABŞ “qlobal polis” rolunu oynamaqdan və başqa ölkələrin işlərinə birbaşa qarışmaqdan çəkinəcək.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...