Paşinyan rəqibinin halvasını çalır - Həbs edilə bilər | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Paşinyan rəqibinin halvasını çalır - Həbs edilə bilər

Dünya A- A A+

Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi, “Vətənin qurtuluşu hərəkatı”nın lideri Vazgen Manukyana qarşı cinayət işi açılıb.

Ermənistanın İstintaq Komitəsi tərəfindən Manukyana Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb. Qeyd olunub ki, Vazgen Manukyan bu ilin fevralın 12-də və 20-də Azadlıq Meydanında keçirilən mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

Müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...