Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 11 hərbçisi həlak olub, 2-si yaralanıb.
Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.
Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.
Faktla bağlı araşdırma aparılır.