Ermənistanda ordu üçün toplanan yardımı yandıran şəxs həbs edilib.
Ermənistan KİV-dən verilən məlumata görə, mülki təşəbbüslərlə toplanan ümumi dəyəri 17,4 milyon dram (35 min dollar) olan hərbi formaları məhv etməyə çalışan şəxs saxlanılıb.
Belə ki, adı açıqlanmayan 30 yaşlı şəxs yardımı yandırıb, ətrafdakı insanlar bunun qarşısını almağa çalışıb. Hazırda hadisənin səbəblərinin araşdırıldığı bildirilib.