“Gürcüstanın strateji neft-qaz kəmərlərinin mühafizəsi və təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti mühüm rol oynayır”.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə çıxışında deyib.
O, departamentin fəal olaraq gücləndirildiyini bildirib: “Tabatskuri gölü yaxınlığında yeni bazanın tikintisi yekunlaşdırılıb, Marneuli və Supsadakı bazalarda bərpa işləri aparılıb. Bu il Tsalka, Axaltsixe və Tsixiscvaridə döyüş bölmələrinin atəş hazırlığı və infrastruktur layihələr planlaşdırılıb”.