"Dünya İranı dayandırmalıdır, əks təqdirdə İsrail müstəqil hərəkət etməlidir" - İsrail Müdafiə naziri | Eurasia Diary - ednews.net

11 Aprel,


"Dünya İranı dayandırmalıdır, əks təqdirdə İsrail müstəqil hərəkət etməlidir" - İsrail Müdafiə naziri

Dünya A- A A+

“İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə obyektlərinə zərbə planlarını yeniləyir”.

Bu barədə İsrailin müdafiə naziri Benni Qants “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, İranın nüvə obyektlərinə zərbə endirmək üçün hərbi planları hücumlar başlayana qədər son formanı almayacaq.

“O vaxta qədər onları yaratmağa, inkişaf etdirməyə və mümkün qədər yüksək peşəkar səviyyəyə çatdırmağa davam edəcəyik. Dünya İranı dayandırmalıdır. Əks təqdirdə, İsrail müstəqil şəkildə hərəkət etməli və tək başına müdafiə olunmalıdır”,- deyə Qants qeyd edib.

Onun sözlərinə görə, Livanın “Hizbullah” qruplaşması yüz minlərlə raketə sahibdir.

Eyni zamanda İsrail müdafiə naziri efir zamanı qruplaşmanın obyektləri ilə əlaqəli bir xəritəni də göstərib.

Qeyd edək ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koxavi bu il yanvarın 27-də İranın nüvə proqramının qarşısını almaq məqsədilə yeni əməliyyat planlarının hazırlaması barədə təlimat verdiyini açıqlamışdı.

Qafqazinfo.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...