Pandemiya qadınlara qarşı şiddət epidemiyasının yayılmasına səbəb olub Qutereş

Dünya 18:07 06.03.2021

"Beynəlxalq Qadınlar Gününü qlobal pandemiya dövründə qeyd etdiyimiz dövrdə hamımız üçün bəlli bir həqiqətlə üzləşirik: COVID-19 böhranı qadın simasına sahibdir".

Eurasia Diary xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunan məqaləsində deyib:

"Pandemiya qadın və qızların artıq üzləşdiyi dərin bərabərsizlikləri daha da gücləndirir və gender bərabərliyi naminə illər ərzində əldə olunan irəliləyişləri heçə endirir.

Pandemiya əsasən qadınların işlədiyi sektorlara daha ciddi təsir edib. Pandemiya ilə mübarizənin “ön cəbhəsində” olan qüvvənin əsasını qadınlar təşkil edir. Bunların da əksəriyyəti iqtisadi inkişafın aşağı pilləsində olan irqi və etnik baxımdan marqinal qrupları təmsil edirlər.

Qadınların iş yerini itirmək və gəlirlərinin sürətlə azalmasına məruz qalmaq ehtimalı 24% daha çoxdur. Onsuz da geniş yayılan genderlər arası maaş fərqi daha da artıb. Bu, səhiyyə sektorunda da özünü büruzə verib.

Evdən çıxmağa qadağanın qoyulması və məktəb və uşaq bağçalarının bağlanması səbəbindən ödənişsiz qayğı yükünün həcmi kəskin dərəcədə artıb. Milyonlarla qız artıq məktəbə qayıtmaya bilər. Analar və xüsusilə tənha analar, ciddi çətinlik və narahatlıq doğuran hallarla qarşılaşır.

Eyni zamanda, COVID-19 pandemiyası dünyada qadınlara qarşı şiddət epidemiyasının da yayılmasına səbəb olmuş, məişət zorakılığı, insan alveri, cinsi istismar və erkən evlilik hallarının sayında kəskin artıma təkan vermişdir.

Səhiyyə işçilərinin əksəriyyətinin qadın olmasına baxmayaraq, son araşdırmalardan biri COVID-19-la mübarizə üzrə işçi qruplarının yalnız 3,5%-nin bərabər sayda kişi və qadınlardan ibarət olduğunu aşkar edib. Pandemiya ilə bağlı qlobal xəbərlərdə fikir bildirən hər beş mütəxəssisdən yalnız biri qadın olub.

Bu istisna nümunələri özü-özlüyündə həyəcan təbili çalmaq üçün əsas verir. Qadınların liderliyini və bərabər iştirakını inkişaf etdirmək üçün dünyaya yeni bir təkan tələb olunur. Təbii ki, bu kimi tədbirlərin hamı üçün faydalı olduğu məlumdur.

COVID-19-a qarşı cavab tədbirləri qadın liderliyinin gücünü və effektivliyini nümayiş etdirib. Keçən il ərzində rəhbəri qadın olan ölkələrdə yoluxma nisbəti daha az olmuş və əksər hallarda həmin ölkələr pandemiyadan sağalma sahəsində daha üstün mövqe tutub. Qadın təşkilatları, xüsusilə icma səviyyəsində mühüm xidmətlərin təmin edilməsində və məlumatların çatdırılmasında əhəmiyyətli boşluqları aradan qaldırıb.

Bir qayda olaraq qadınların rəhbərlik etdiyi hökumətlərin fəaliyyətində sosial müdafiəyə daha böyük investisiyaların yatırılmasının və yoxsulluğa qarşı daha çox addımların atıldığının şahidi oluruq. Qadınlar parlamentdə təmsil olunduqda, ölkələr iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı daha sərt siyasətlər qəbul edirlər. Qadınlar sülh danışıqlarında iştirak etdiyi hallarda əldə olunan razılaşmalar daha dayanıqlı olur.

Bununla belə, qadınlar dünya səviyyəsində milli qanunverici orqanların yalnız dörddə birini, yerli hökumət üzvlərinin üçdə birini və kabinet üzvlərinin isə yalnız beşdə birini təşkil edir. Belə getsə, qanunvericilik orqanlarında gender bərabərliyi 2063-cü ildən əvvəl əldə olunmayacaq. Hökumət başçıları səviyyəsində bərabərliyə nail olmaq isə bir əsrdən çox vaxt apara bilər.

Daha firavan gələcək sözügedən natarazlığın aradan qaldırılmasından asılıdır. Qadınlar, onların həyatlarına təsir edən qərarlar barədə səlahiyyətli tərəf kimi fikir bildirmək üçün bərabər hüquqa malikdir. Birləşmiş Millətlər Təşkilatının rəhbər vəzifələrində gender bərabərliyinə nail olmağımla fəxr edirəm.

Pandemiyadan sonrakı bərpa prosesi yeni və bərabərlik bəxş edən yolu müəyyən etmək üçün gözəl bir fürsətdir. Dəstək və imtiyaz proqramları xüsusilə qadınlar və qızları hədəf almalıdır. Bunu üçün qayğı infrastrukturuna da daha böyük investisiyalar yatırılmalıdır. Rəsmi iqtisadiyyat qadınların ödənişsiz qayğı işləri ilə subsidiyalaşdırıldığına görə ayaqda qalmaqdadır.

Böhrandan çıxış mərhələsi inklüziv, yaşıl və dayanıqlı gələcəyə doğru bir yoldan keçməlidir. Dünya liderlərini altı əsas təməl prinsipləri təmin etməyə çağırıram:

Birincisi, xüsusi tədbirlər və kvotalar vasitəsi şirkətlərin idarə heyətlərindən başlayaraq parlamentlərə, ali təhsildən dövlət qurumlarına qədər bütün təsisatlarda bərabər təmsilçiliyi təmin edin.

İkincisi, qayğı iqtisadiyyatı və sosial müdafiəyə əhəmiyyətli dərəcədə sərmayə edin və evdə görülən işlərin görünməsini və hesaba alınmasını təmin etmək üçün Ümumi Daxili Məhsulun tərifini yenidən təyin edin.

Üçüncüsü, əmək bazarına çıxış, mülkiyyət hüquqları və hədəfli kredit və investisiyalar daxil olmaqla, qadınların iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək üçün maneələri aradan qaldırın.

Dördüncüsü, əmək və torpaq hüquqlarından tutmuş şəxsi status və zorakılığa qarşı müdafiəyə qədər olan bütün sahələrdə ayrı-seçkilik mahiyyətli qayda və qanunları ləğv edin.

Beşincisi, hər bir ölkə qadın və qızlara qarşı zorakılığa qarşı təcili fəaliyyət planı hazırlamalı və bu bəlaya son qoymaq üçün maliyyə yönəltməli, siyasət qəbul etməli və siyasi iradə nümayiş etdirməlidir.

Altıncısı, düşüncə tərzini dəyişmək, məlumatlılığı artırmaq və sistemdəki qərəzli münasibəti aradan qaldırmaq.

Hazırda bəşəriyyətimizin yüz illərlə kök salmış və sistemli ayrıseçkiliyi geridə qoymaq imkanı var. Bərabər hüquqlu gələcək qurmağın zamanıdır".

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Hamısı