Amerikalı iş adamı İlon Mask sahibi olduğu “Tesla” şirkətinin səhmlərinin 16 faiz ucuzlaşması nəticəsində martın ilk həftəsində 27 milyard ABŞ dolları məbləğində ziyana düşüb.
Hazırda İlon Mask 156,9 milyard dollarlıq varidatla “Bloomberg”in tərtib etdiyi zənginlərin reytinq siyahısında ikinci yerdədir.
Hazırda dünyanın ən zəngin adamı titulunu "Amazon" şirkətinin qurucusu Ceff Bezos daşıyır.