DİM Şimali və Mərkəzi Asiyanın daha səmərəli bərpasında həlledici rol oynaya bilər

Dünya 14:02 16.03.2021

BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) Azərbaycanı da əhatə edən Asiya və Sakit Okean bölgəsində DİM-lər üzrə Tərəqqi Hesabatını bu gün təqdim edib.

ESCAP-ın hesabatında qeyd olunur ki, 2030-cu ilədək iddialı məqsədlərə çatmaq üçün Asiya-Sakit Okean bölgəsi bütün istiqamətlərdə inkişafını sürətləndirməli və bir çox Dayanıqlı İnkişaf Məqsədləri (DIM) üzrə tənəzzül meyllərini təcili aradan qaldırmalıdır.

Asiya və Sakit Okean bölgəsində DİM-lər üzrə Tərəqqi Hesabatının 2021-ci il nəşri bölgənin hətta qlobal pandemiyadan əvvəl belə dayanıqlı inkişaf üzrə 2020-ci il hədəflərindən geri qaldığını göstərir. Son on ildə Asiya və Sakit Okean bölgəsi səhiyyə xidmətləri və rifah sahəsində nəzərəçarpan irəliləyiş əldə edib (Məqsəd 3). Sözügedən nailiyyətlər COVID-19 pandemiyasının əhalinin sağlamlığına təsirini azaltmaqda nisbi müvəffəqiyyətin əsaslarını izah edə bilər. Bununla belə, bu çətin əldə olunan qazanclara baxmayaraq, bölgə tələb olunan səhiyyə işçi qüvvəsi ilə təmin olunmaqda, erkən ölümlərin sayını azaltmaqda və mental sağlamlığı yaxşılaşdırmaqda bir sıra ciddi problemlə üzləşir.

Bir neçə məqsəd üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Şimali və Orta Asiya ölkələri mənfi tendensiyaları aradan qaldırmaq üçün səylərini artırmalıdırlar. Region ölkələrində orta və ağır qida təhlükəsizliyinin yayılması ümumi əhalinin təxminən 17%-ni əhatə edir və son illərdə artıb. Şimali və Orta Asiya bölgəsi həmçinin təhsil sahəsində bərabərsizlik göstəricilərini, işçi qüvvəsinin tərkibində gender bərabərliyini və əmək hüquqlarına uyğunluqla bağlı mövcud tendensiyalarını dəyişdirməlidir.

Hesabatda həyəcan təbili çalmaq üçün əsas verən sahələr iqlim dəyişikliyinə qarşı tədbirlər (Məqsəd 13) və dəniz ektosistemi (Məqsəd 14) ilə əlaqədar geriləmələrdir. Asiya-Sakit okean bölgəsi qlobal istixana qazı tullantılarının yarısından çoxunun mənbəyi və təbii fəlakətlərin insanlara və iqtisadiyyatlara mənfi təsirlərinin ildən-ilə artmasının səbəbidir. Pandemiyadan çıxış yolunu tapdığımız dövrdə, hesabat səylərimizi daha ədalətli və yaşıl artıma yönəltməyi təklif edir.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini və ESCAP-ın İcraçı Katibi xanım Armida Salsia Aliscahbana qeyd edir ki, "Bərpa tədbirləri inklüziv, daha dayanıqlı və planetimizin potensialına şüurlu yanaşmanı ehtiva edən inkişaf yollarımız üçün seçimlərimizi yenidən nəzərdən keçirmək üçün gözəl fürsətdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf gündəliyinə nail olmaq istiqamətində Fəaliyyət Onilliyinə daxil olduğumuz zaman, DİM-lərə münasibətdə kollektiv öhdəliyimizi gücləndirməli və birlikdə, daha təkmil və yaşıl inkişaf naminə təkamülü təmin etməliyik."

Hesabatda qeyd olunur ki, hərəkət məhdudiyyətləri və sosial məsafənin qorunmasına dair tədbirlər xüsusilə həssas qruplara aid məlumatların toplanmasına mənfi təsir edib. Daha səmərəli bərpanı təmin etmək üçün ölkələr DİM-lərin monitorinq çərçivəsi üzrə götürdükləri öhdəlikləri bir daha təsdiq etməlidirlər. Belə olan halda, bərpa işləri 2030 Gündəliyində təsbit olunan qlobal transformasiyanı sürətləndirə biləcək.

DİM-ləri milli səviyyədə izləyən və nəzərdən keçirən ölkələri dəstəkləmək məqsədilə ESCAP, hesabatda qeyd olunan tərəqqinin qiymətləndirməsini tətbiq etmək istəyən ölkələr üçün “Milli DİM İzləyicisi” aləti hazırlayıb. Üzv dövlətlər 2030 Gündəliyindəki iddialı məqsədlərə doğru irəliləyişlərə dair operativ məlumatları hazırlamaq üçün bu alətdən istifadə edə bilərlər.

Asiya-Sakit Okean bölgəsində DİM-lər üzrə Tərəqqi Hesabatının ingilis dilindəki tam mətnini aşağıdakı mənbədən əldə edə bilərsiniz:

https://www.unescap.org/sites/default/d8files/knowledge-products/ESCAP_Asia_and_the_Pacific_SDG_Progress_Report_2021.pdf.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Hamısı