İranda 50 obyektdə partlayış törətməyi planlaşdıran 10 silahlı saxlanılıb. İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Əlavinin dediyinə görə, silahlılar terror aktlarını paytaxt Tehranda və digər bölgələrdə həyata keçirməyi planlaşdırıblar.
Terrorçular məsafədən idarə olunan partlayıcı qurğulardan və üzərilərinə quraşdırılmış kamikadzelərdən istifadə etmək niyyətində olublar.
Saxlanılan şəxslərdən 2 tondan çox partlayıcı maddə götürülüb.