ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyaya nüvə və ballistik raket proqramından imtina etməsi üçün təzyiq göstərməyi davam etdirmək barədə razılaşıblar.
Xarici KİV-lərdən verilən məlumata görə, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, Cənubi Koreya Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik İdarəsinin rəisi So Xun və Yaponiyanın Milli təhlükəsizlik üzrə Şurasının Baş katibi Siqeru Kitamuro Ağ Evin birgə bəyanatına imza atıblar.
"Milli təhlükəsizlik üzrə köməkçilər Şimali Koreyanın nüvə, ballistik raket proqramları ilə bağlı narahatlıqlarını bölüşüblər və bu məsələlərin (nüvəsizləşdirmə) koordinasiyalı üçtərəfli əməkdaşlıq yolu ilə həllinə sadiq olduqlarını təsdiqlədilər", - deyə sənəddə bildirilib.