Ukraynanın hərbi texnikaları Donbasın qəsəbələrində yerləşdirilib.
Eurasia Diary Publika.az-a istinadən xəbər verir ki, bu barədə qondarma Donetsk “xalq respublikası”nın yaydığı məlumatda bildirilib.
"Ukrayna hərbçiləri və texnikalarının Ukraynanın nəzarətində olan ərazidəki yaşayış binaları və bələdiyyə obyektləri yaxınlığında yerləşdirildiyi müəyyən edilib", - məlumatda qeyd olunub.