Amerika qüvvələrinin yerləşdiyi İraq ordusunun hərbi bazası raket hücumuna məruz qalıb.
Bu barədə Al-Hadath telekanalı məlumat paylaşıb.
Onun məlumatına görə, ABŞ qüvvələrinin də yerləşdiyi İraq HHQ bazasına iki raket buraxılıb.
Yerli təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib ki, hər iki raket bazanın yaxınlığında düşüb. Onun sözlərinə görə, hücum nəticəsində hərbi bazaya heç bir ziyan dəyməyib.