Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli formatda danışıq bu həftə ərzində baş tutmalıdır.
Bu barədə diplomatik dairələrdəki mənbədən məlumat verilib.
Danışığın əsas mövzusu Donbasdakı vəziyyətin gərginləşməsi və bununla bağlı tərəflərin mövqelərinin koordinasiyası olacaq.
Qeyd edilir ki, 3 ölkə başçısının danışığı Angela Merkel, Emmanuel Makron və Vladimir Putin arasındakı 30 martda keçirilmiş videokonfransdan dərhal sonra baş tutmalı idi.