Pandemiya tibb işçilərini necə əldən salır? “The Guardian”

Dünya 23:35 05.04.2021

Böyük Britaniyanın “The Guardian” qəzetində COVİD-19 pandemiyası ilə mübarizənin ön cəbhəsində – xəstəxanaların intensiv terapiya şöbələrində çalışan tibb işçilərinin aldığı psixoloji travmalar haqda yazı məqalə olunub. Məqalənin müəllifi Ceyms Tapperdir. Məqaləni təqdim edirik.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, xəstəxanaların intensiv terapiya şöbələrində çalışan, pandemiya dövründə minlərlə xəstənin ölümünü izləmək məcburiyyətində qalan tibb işçilərinin bəzisi adığı travmaya dözməyərək işdən çıxmalı olub.

Reanimasiya şöbəsi işçilərini təmsil edən xeyriyyə qurumunun – İntensiv Terapiya Cəmiyyətinin məlumatına görə, intensiv terapiya şöbələrində çalışanların yarısının psixoloji dəstəyə ehtiyacı var.

Cəmiyyətin prezidenti doktor Stiven Vebb hazırkı pandemiyanın əsrin ən böyük böhranı olduğunu vurğulayır: “Getdikcə daha çox işçimizi itirə bilərik. Təkcə reanimasiya şöbələrində deyil, bütün tibb xidməti sahələrində işçilərin xəstələnməsi, işini tərk etməsi kimi risklər mövcuddur”.

Stiven Vebb bildirir ki, London Kral Məktəbinin apardığı tədqiqat pandemiyanın ilk dalğasından sonra tibbi personalın 45%-nin sinir sistemi pozuntusundan və digər psixoloji problemlərdən əziyyət çəkdiyini göstərib.

Doktor Vebb ikinci dalğa zamanı vəziyyətin daha acınacaqlı olduğunu deyir: “İkinci dalğa əsasən insanların əqli sağlamlığına və onların ümümi psixoloji vəziyyətinə böyük zərbə vurdu. Onlar yaşadıqları əvvəlki stresləri düşündükcə nələrdən keçməli olacaqlarını yaxşı bilirdilər. Ona görə də ikinci dalğa zamanı rəqəmlər daha yüksək, durum daha acınacaqlı idi”.

İntensiv Terapiya Cəmiyyətinin apardığı tədqiqat göstərib ki, yanvarda Britaniya xəstəxanalarındakı reanimasiya şöbələrinə əlavə 2251 xəstə çarpayısı gətirilib və onların sayı 5500-ə çatdırılıb.

Milli Səhiyyə Xidmətinin açıqlamasına görə, xəstəxanaların digər şöbələrində çalışan tibb işçiləri nə qədər dəstək versələr də, yenə ən ağır yük reanimasiya işçilərinin üzərinə düşür.

Növbədə olarkən 12 xəstəyə baxan həkimlər indi 33 pasiyentə baxırlar. Adətən fərdi qaydada bir xəstəyə xidmət göstərən tibb bacısı hazırda 3 pasiyentə birdən baxmalı olur. 10 pasiyentə psixoloji yardım göstərən psixiatrlar 69-134 adama dəstək verməli olurlar.

Ancaq bu faktlar reanimasiya şöbəsində çalışan əməkdaşların nəql etdikləri ürək dağlayan hadisələrlə müqayisədə kölgədə qalır.

Stiven Vebbin özü də ötən ilin aprel ayında – pandemiyanın ilk dalğasının pik vaxtında sarsıntı keçirib: “Yadımdadır, evə gələn kimi ailəmlə söhbətləşdim, sonra bağçaya çıxdım. Gözəl hava vardı. Əlimdə tutduğum fincandakı çayı içmək üçün əyləşdim və həmin anda məni ağlamaq tutdu. Biz çox gərilmişdik, mən isə tamamilə tükənmişdim. Çaşqınlıq içindəydim”.

Britaniyada doktor Stiven Vebbin təcrübəsini yaşayan bir çox insan var. Bu təcrübələr İTV-nin “2020: Bizim hekayəmiz” sənədli filmində də əks olunub. Sənədli filmin rejissoru sentyabr ayında “One Day” (“Bir gün”) filminə görə Oskar mükafatı almış Kevin Makdonalddır.

Film tibb bacıları və həkimlərin təcrübəsindən, eləcə də 48 gün Londondakı Vittinqton xəstəxanasının reanimasiyya şöbəsində xəstə yatan uşaq yazarı Maykl Rozendən bəhs edir.

Filmdə pandemiyanın birinci dalğası zamanı reanimasiya şöbəsinə göndərilmiş stomatologiya üzrə tibb bacısı Emma Cons həyatını itirmiş bir xəstənin arvadı və iki azyaşlı oğlu haqda bunları deyir: “Onlar qorxu keçirirdilər, çünki gələcəkdə nələr baş verəcəyini təxmin edirdilər. Başlarını itirmişdilər, təlaş içindəydilər. Bu hisslər mənə tanış idi. Bu üzlər mənim xatirəmdədir. Çünki mən də anamı 12 il əvvəl itirmişəm”.

İkinci dalğa gələndə Emma Consu yenidən reanimasiya şöbəsinə çağırıblar. Bu vaxt o, övladlarının məsələyə münasibətini öyrənib: “Ən kiçik qızım getməyimi istəmədi. Çünki o, mənim evə gələndən sonra necə ağladığımı görürdü. Bu dəfə üzüntülü hallarla daha çox qarşılaşmalı olacam, görəsən bu, uşaqlarıma qarşı ədalətli qərardırmı?”

Sənədli filmdə digər tibb bacısı Rovena Braun anası ilə söhbət zamanı kimdən psixoloji yardım alacağını bilmədiyini söyləyir: “Ən pisi odur ki, bu durum bir tibb bacısı kimi məni dəyişdirib. Apreldə mən nəfəs ala bilməyən insanları görürdüm. – O, ağlaya-ağlaya sözünə davam edir. – Mən isə onlara “sizə kömək edə bilmirəm” deyirdim. Onların sağalması üçün heç nə edə bilmirdim”.

İntensiv Terapiya Cəmiyyətinin reanimasiya işçilərinə psixoloji dəstək xidməti var. Qurumun xeyriyyə işləri üzrə direktoru doktor Culi Hayfildin rəhbərlik etdiyi bu xidmət “I Care for U” adlı maddi dəstək kampaniyası başladır.

Stiven Vebb sözügedən kampaniyanın vəziyyətdən çıxış yolunun yalnız bir hissəsi olduğunu deyir: “Biz tibbi heyət və imkan baxımından pandemiyaya hazır deyildik, ona görə də birinci dalğa bizi belə güclü vurdu. Fövqalədə vəziyyətlərə hazır olmağımız üçün bizim böyük sərmayəyə ehtiyacımız var. O zaman bizim güclü, yüksək məvacibli, bacarıqlı və təhsilli işçi heyətimiz olacaq”.

Doktor Vebb qeyd edir ki, İntensiv Terapiya Cəmiyyətinin bir çox üzvləri maaşlarının 1% artırılması təklifindən çox narazıdırlar və bu, bəzi işçilərin psixoloji sağlamlığına da təsir edir: “Maaş təklifi ilə bağlı narazılıqlar var və bu, psixoloji durumu onsuz da ağır olan insanlara birbaşa təsir edir. Biz maaşların yalnız 1% artırılması təklifinin dəyişdirilməsinə, artımın daha çox olmasına çalışacağıq”.

Səhiyyə və Sosial Müdafiə Nazirliyi işçilərə psixoloji baxımdan yardım etmək üçün həftənin 7 günü 24 saat xidmət göstərildiyini, eyni zamanda travma almaq riski böyük olan insanlara məxsusi dəstək verildiyini bəyan edir.

Milli Səhiyə Xidmətinin açıqlamasında deyilir: “Minlərlə xəstənin qayğısına qalan fədakar tibb heyətinə yardım və dəstəyin göstərilməsi vacibdir. Ona gorə də Milli Səhiyə Xidməti pandemiya ilə mübarizədə ön və arxa cəbhələrdə fəaliyyət göstərən bütün əməkdaşlara hər zaman dəstək və tövsiyələr verir”.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Hamısı